Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əgər bir dövlətin ordusu güclüdürsə, onu heç bir ölkə məğlub edə bilməz

0

  • ​ ​ ​ 1918-ci il 26 İyun tarixli fərmanla Azərbaycan Milli Ordunun yaradılmasına başlanıldı. Həmin qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da Milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilatdır. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə isə Azərbaycan Respublikasının Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyasının, Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə xidməti daxildir.​​ ​ ​ ​ Prezident Heydər Əliyev hakimiyyətə gəldikdə bir neçə paradlar təşkil edərək dövlətimizi daha da zirvələrə qaldırmışdı. Əgər bir dövlətin ordusu güclüdürsə, onu heç bir ölkə məğlub edə bilməz. Ulu Öndərin yeritdiyi uğurlu siyasətini Ali Baş Komandan İlham Əliyev davam etdirdi. İlham Əliyevin daimi nəzarəti, diqqəti və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyin düzgün qurduğu fəaliyyət nəticəsində ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, ictimai, texniki - təchizat, silah- sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə geeilədiyini, uduzduğunu hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu.​ ​ ​ ​ Mən​ bir ana kimi qürur hissi duyuram ki, bizim vətənpərvər, Vətəni anası qədər sevən Azərbaycan oğulları var. Mən də oğul anasıyam. Həmin oğul böyüyüb igid əsgər oldu. Qarabağ uğrunda gedən döyüşlərdə hünərlə vuruşaraq Azərbaycan bayrağını zirvələrə qaldırmış, dövlətimiz tərəfindən 2 medalla təltif edilmişdir. Mən bu qürur hissini tək öz adımdan yox, bütün anaların dilindən səsləndirirəm. Çünki müharibə vaxtı övladı döyüşdə olan anaların keçirdiyi o həyəcanı daha yaxşı anlayıram.​ ​ ​ ​ ​ İnanırıq ki qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımızı daha çox sevindirəcək. Bu isə Azərbaycan Ordusunun Dövlət qayğısına, xalq​ sevgisinə ən düzgün cavabı olmalıdır. Bayramınız mübarək Azərbaycan Ordusu!!!Məlahət İsmayılova,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib79 dəfə
    Əgər bir dövlətin ordusu güclüdürsə onu heç bir ölkə məğlub edə bilməz

    Maraqlı gələ bilər
    47
    44
    41